NATO-ya üzv ölkələr növbəti dəfə 2016-ci ildə Polşanın paytaxtı Varşava şəhərində görüşəcəklər.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Uelsdə keçirilən NATO sammiti çərçivəsində Polşa prezidenti Bronislav Komorovski bildirib. O, üzv ölkələri 2016-cı ildə növbəti sammit üçün Varşavaya çağırıb.
Qeyd edək ki, bu il Ukrayna ilk dəfə olaraq NATO-ya üzv ölkələrin sammitinə dəvət edilib və Ukrayna məsələsi sammitin ən mühüm mövzusu olub.
Samir