7 May 2019 12:56
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Röyter” agentliyinin Myanmada həbs olunan və barəsində 7 il həbs cəzası verilən iki müxbiri azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, jurnalistlər bu ölkədə müsəlmanların məhkəməsiz öldürülməsində iştirak edən hərbiçiləri ifşa etdikləri üçün həbs olunmuşdu.

Myanmanın dövlət sirri haqqında qanununu pozmaqda ittiham olunan 33 yaşlı Va Loun və 29 yaşlı Kiav So Oo 500 gündən çoxdur ki, həbsxanada saxlanılırdı. Onların hər ikisi dövlət rəhbərliyi tərəfindən verilən əfv nəticəsində azadlığa çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər