7 May 2019 13:50
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Petro Poroşenko sorğu-sual üçün Baş Prokurorluğa gəlməyib”.

Teleqraf.com xəbər verir ki, bunu xüsusi təhqiqatlar üzrə idarənin rəisi Sergey Qorbatyuk bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Avromaydan zamanı insanların ölümü ilə bağlı şahid qismində istintaqa çağrılıb.

Müstəntiq “112 Ukrayna” telekanalının efirində daha sonra deyub:

“Təəssüf ki, gördüyünüz kimi, şahid sorğulanma üçün gəlmədi. Müstəntiqlə heç kim əlaqə qurmayıb. İstintaqa gəlməməsinin səbəblərini açıqlamayıb, sorğu-sual gününün vaxtını dəyişdirməyi xahiş etməyib”.

Sergey Qorbatyukun sözlərinə görə, müstəntiqlər P.Poroşenkonu ona görə çağırıblar ki, o, çıxışlarında əvvəllər heç yerdə danışılmayan yeni məlumatlara malik olduğunu açıqlayıb.


Müəllif: Səxavət