8 May 2019 09:01
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT bir milyona yaxın heyvan və bitki növünün yox olmaq təhlükəsi qarşısında qaldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, BMT-nin Elm-Siyasət Platforması (IPBES) məsələ ilə əlaqədar yeni hesabatını təqdim edib.

Hesabatda insan fəaliyyətinin yaratdığı təhlükəyə görə bitki və heyvanların məhv olmaq risqi ilə üzləşdiyinə diqqət çəkilib. Qeyd edilib ki, önləyici tədbirlər görülməsə, son 10 milyon ildəki orta hesabdan daha çox növ yox ola bilər.

Heyvan və bitkiləri həyati təhlükə qarşısında qoyan əsas faktorlar isə yanlış kənd təsərrüfatı işləri və iqlim dəyişikliyidir. Hesabata görə, əkinçilik və maldarlıq fəaliyyəti dünyanın torpaq səthinin 33 faizini, şirin su qaynaqlarının isə 75 faizdən çoxunu zəbt edir.

IPBES-in iddiasına görə, ekologiya üçün artan təhdidin əsas səbəbi dünya əhalisinin sürətlə artmasıdır. Təbiəti təhdid edən digər faktorlara məhsul yığımı, meşələrin yox edilməsi, ovçuluq, iqlim dəyişikliyi, atmosferin çirklənməsi və yırtıcı həşaratların sayının kəskin artmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər