Türkiyə Ali Seçki Komissiyası İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlunun qalib gəldiyi bələdiyyə seçkisinin nəticələrini ləğv etdi.
Teleqraf.com xəbər verir ki, artıq komissiyanın qərarına ölkənin məşhur simaları da etiraz etməyə başlayıb.
Müğənni Gökhan Özoğuzun bununla bağlı Tvitterdə paylaşdığı fikirlər isə digər sənətçilərdən daha kəskin idi. Gökhan paylaşımına İmamoğlunun hesabını da işarələyərək bunları yazıb:
“1938-ci ildən sonra ilk dəfə kimsə Atatürkdən sonrakı bayrağı əlinə götürdü. Dönəmlər şərtlərə görə qiymətləndirilir. Mənim üçün o, yenilikləri mənimsəməsi, ədəbi və istiqanlılığı ilə bu günün Atatürkdür”.
Hakim Ədalət və İnkişaf Partiyasının Mədəniyyət Mərkəzinin rəhbəri Orhan Bozkurtun sənətçiyə cavabı belə olub:
“Sən ciddisən? Bir konsert vermək üçün bu yaltaqlığını başa düşərik, amma Atatürkün adını belə bir şeydə laqeydliklə hallandırmağın ədəbsizlikdir.
Bu ölkənin dəyərlərindən özünüzün üç qəpiklik mənfəətiniz üçün istifadə etməyin. Bir az ədəbli olun”.