7 May 2019 18:43
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani Qəzza sektoruna və Qərbi Şeriada yaşayan Fələstin xalqına yardım üçün 480 milyon dollar ayrılması haqda göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bu dəstək Fələstin və Qətər xalqları arasında qardaşlıqdan, ərəb və din bağlarından irəli gəlir.

Yardımın 300 milyon dollarlıq qismi Fələstin hakimiyyətinin təhsil və səhiyyə sektoruna dəstək üçün veriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər