5 Sentyabr 2014 18:53
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə Rusiyanın Gelencik şəhərinin hava limanında Mi-8 markalı vertolyotun qəzasının görüntüləri yayılıb.

Hadisə şahidi vertolyotun əvvəlcə geriyə hərəkət etdiyini, sonra güclü külək nəticəsində hündürlüyü qəflətən itirdiyini lentə ala bilib.

Pilotlar yerə enməyə çalışırlar, şassi yerə toxunsa da, bu zaman vertolyot aşır, yan tərəfi yerə dəyir və bundan sonra Mi-8 alışır.

Qəza nəticəsində iki ekpiaj üzvü həlak olub, daha bir nəfər yaralanıb.

Həmin görüntüləri təqdim edirik.
(oxu.az)


Müəllif:

Oxşar xəbərlər