Ermənistan Baş naziri Nikol Paşinyan və keçmiş prezident Serj Sərkisyan mayın 9-da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan və Sərkisyanın Qarabağda görüşüb-görüşməyəcəi isə əsas müzakirə mövzusuna çevrilib.
Ermənistan baş naziri bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Serj Sərkisyanla görüşməyəcəyini bildirib:
“Görüşmək üçün harasa getməyə ehtiyac yoxdur. Lazım olarsa, Ermənistanda da rahat görüşə bilərik. Sərkisyan mənimlə görüşməyə qərar verə bilmir, amma mən onu görüb-görməmək məsələsində qərar verə bilirəm. Buna görə, onunla əlaqə saxlamayacağam”.