“Əkrəm İmamoğlunu dəstəkləmək seçim deyil, demokratiya üçün zərurətdir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun sözçüsü Atılqan Bayar deyib.
Bayar İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsinə münasibətini açıqlayıb:
“Bu gün yerim bəllidir, İmamoğlunun yanındayam. Hörmətli Davudoğlu Ali Seçki Komissiyasının qərarına münasibət bildirməyəcəksə, demək, siyasətdə yollarımız burada ayrılır. Ona hörmətim sonsuzdur, amma AKP-ni islah etmək mümkün deyil”.