8 May 2019 20:39
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iki isveçli diplomatın ölkədən çıxmasını tələb edib.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu addımın cavab tədbiri olduğunu deyib.

Qeyd olunur ki, bu ilin fevralında İsveçrədə rusiyalı diplomat casusluq fəaliyyətində ittiham olunub və vizasının müddəti uzadılmayıb. Bir müddət sonra isə Rusiyanın yeni diplomatlarına viza verilməsindən imtina edilib.


Müəllif: Teleqraf.com