Braziliya Federal Məhkəməsi Anqra 3nüvə sənaye müəssisəsinin tikilişi zamanı korrupsiyaya yol vermək və cinayətkar dəstə yaratmaqda ittiham olunan sabiq prezident Miçel Temerin yenidən həbs edilməsi haqda qərar çıxarıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə heyətinin qərarına hakimlərin mütləq əksəriyyəti səs verib.
Xatırladaq ki, prezident bundan əvvəl martın 21-də həbs edilmişdi. Onun vəkillərinin etirazından sonra martın 25-də azadlığa buraxılan sabiq prezidentin məhkəmə prosesinin davam etdirilməsi qərara alınmışdı.
Baş Prokurorluğun araşdırmasına görə, sabiq prezident yaratdığı cinayətkar qrup vasitəsilə 450 milyon dollara qədər maliyyəni mənimsəyib.
Sabiq prezident isə bu iddiaları rədd edərək, ortada fakt və dəlillərin olmadığını bildirir.