9 May 2019 17:11
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şir Lankada müsəlman və xristianlar arasında qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, ölkənin paytaxtı Kolombo şəhərində Pasxa bayramı günü 3 kilsə və bəzi otellərdə baş verən terror hücumu səbəbindən müsəlmanlara hücum edilib.

Məlumata görə, eniş katolik qrup Negombo yaxınlığındakı Porutota kəndində müsəlmanların mağaza və avtomobillərinə hücum çəkərək, onları təhqir ediblər. Katolik kilsə rəsmiləri bölgədəki müsəlmanlara qarşı düşmənlik etməmək və təmkinliyi qorumaq haqda çağırışlar edib. Ancaq bunun nəticə verəcəyinə inam olmadığı bildirilir.

Negombo yaxınlığında baş verən şiddət dəhşətli olub. Katolik qrupu müsəlmanlara aid dükanları dağıdıb, avtomobilləri yandırıb.

Şir-Lanka polisi isə bəyan edib ki, hadisəni iki sərxoş qrup törədib. Hücum edilən kəndə əlavə polis qrupları göndərilib və küçəyə çıxmaq qadağan olunub. Hadisəyə görə 2 nəfər həbs edilib. Ölkənin baş naziri bəyan edib ki, insanların əmlakına vurulan zərəri dövlət qarşılayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər