S-400-ün Türkiyəyə gətirilməsinin təxirə salınacağı ilə bağlı tərəfimizdən açıqlama verilməyib.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, S-400-lərlə bağlı yayılan bəzi iddiaları təkzib edib:
“Digər ölkələrdən alınmayacağı ilə bağlı fikirlər səsləndirilir. ABŞ-ın bəzi iddiaları var. F-35-lər daxil olmaqla, NATO sisteminə zərər verəcəyi deyilir. Son sözü ekspertlərin söyləməli olduğunu və NATO liderliyində ortaq işçi qrupunun yardılmasının gərəkdiyini dedik. Bu məsələdə nə etdiyimizi bilirik. Şənbə günü ABŞ Dövlət katibi Mayk Pompeo ilə S-400 məsələsini müzakirə edəcəyik”.