5 Sentyabr 2014 22:33
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon hava zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının təsisçisi Əhməd Qodanın öldürüldüyünü bəyan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Pentaqonun rəsmi açıqlamasında belə deyilir.


“Əş-Şəbab”ın təsisçilərindən biri Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik”, - Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.


Sentyabrın 2-də ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsi barədə məlumat yayılmışdı.


Müəllif:

Oxşar xəbərlər