10 May 2019 11:31
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda silahlı şəxs məscidə girməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, London polisi İlford bölgəsində Sevem Kings məscidinə bir silahlı şəxsin girməyə çalışdığına dair məlumat alıb.

Silahlı və maskalı olan şəxsin məscidə girməsinə camaat imkan verməyib və bu anda silah səsləri eşidilib.

Hadisə namaz vaxtı olub, bölgəyə gələn polis dərhal məsciddə olanların təhlükəsizliyini nəzarət altına alıb.


Müəllif: Cavad