10 May 2019 12:38
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Los-Anceles şəhərində əməliyyat keçirib. Ancaq lüks villadan çıxanlar polisin özünü belə təəccübləndirib.

Teleqraf.com xarici KİV-ə istinadla bildirir ki, Los-Ancelesin bahalı səmti hesab olunan Holmb Hillsdə dəbdəbəli villada əməliyyat nəticəsində evdən çıxanlar polisi dəhşətə gətirib.

Evdən mindən çox silah, sursat və mərmi çıxıb.

Silah qaçaqmalçılığı cinayətini göz önündə canlandıran əməliyyat haqqında danışan polis məmuru Kris Ramirez bildirib ki, 31 illik fəaliyyəti boyunca bu qədər silahı bir arada görməyib.

Əməliyyat zamanı bir nəfər həbs edilib, hazırda polis araşdırmanı davam etdirir.


Müəllif: Cavad

Oxşar xəbərlər