10 May 2019 13:09
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsi üçün nəzərdə tutduğu “Əsrin Sülh sazişi”ni dəstəkləməyəcək ərəb ölkələri krallarının taxtları təhlükədə olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu israilli politoloq Edi Kohen deyib.

Ekspert ABŞ prezidentinin İsrail-Fələstin münaqişəsinə diqqəti artırdığını bildirib:

“Tramp “Əsrin anlaşması”nı təsdiqləməyəcək heç bir ərəb kralına etinasız yanaşmayacaq. Ərəb ölkələri krallarının iki seçimi var: ya anlaşmanı təsdiq edəcəklər, ya da Trampa qarşı çıxacaqlar. Lakin ona etiraz edən hər kəsi qorxunc cəza gözləyir”.

Proyektin rəhbərlərindən biri, Amerika başçısının kürəkəni Jared Kuşner anlaşmanın detallarını Ramazan ayından sonra açıqlayacağını elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər