10 May 2019 13:59
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belarusdakı sabiq səfiri Mixail Babiç Minski tərk edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə “RİA-Novosti”yə diplomatik missiyadan məlumat verilib.

Qeyd olunur ki, hazırda səfirliyə müvəqqəti işlər vəkili Vladimir Andreyev rəhbərlik edir.

Agentliyin həmsöhbəti yeni səfirin Belarusa nə vaxt gələcəyini dəqiqləşdirməyib.

Bundan öncə Rusiya Prezidenti Vladimir Putin Mixail Babiçi Belarusdakı səfir vəzifəsindən uzaqlaşdırıb və onun yerinə Federasiya Şurasının üzvü Dmitri Mezentsevi təyin edib. Səfirin geri çağırılması və yenisi ilə əvəzlənməsi Belarus Prezidenti Aleksandr Lukaşenkonun təzyiqi nəticəsində baş tutub.

A.Lukaşenko V.Putinlə son görüşündə ona açıq şəkildə demişdi ki, iki ölkə arasındakı münasibətlərin ittifaq səviyyəsində qalmasını istəyirsə səfirini Minskdən geri çağır, başqasını göndər.

A.Lukaşenko M.Babiçi ölkənin daxili işlərinə kobud şəkildə qarışmaqda ittiham edirdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər