ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardımançıları Birləşmiş Ştatların Qətərdəki bazasına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, döyüş aviasiyası İranın hücumunun qarşısını almaq üçün Qətərə gətirilib.
Mayın 8-də İranın Nüvə Proqramına dair Hərtərəfli Birgə Sazişin bəzi maddələrinin icrasını dayandırdığı məlum olub. Bundan sonra Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının İrana mesaj vermək üçün təyyarədaşıyan gəmiləri və bombardımançıları Fars körfəzinə göndərmək planlarına dair məlumat yayılıb.