10 May 2019 15:09
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində beş ulduzlu oteldə səhnəyə çıxan dünya şöhrətli ulduz Lara Fabianın konsertlə bağlı istəyi təşkilatçıları heyrətləndirib.

Teleqraf.com xəbər verir ki, belçikalı ifaçının 41 bənddən ibarət istək siyahısı diqqət çəkib. Müğənninin açıq hava konsertində temperaturun 21 dərəcə istilikdə olmasını istəməsi nəticəsində təşkilatçılar qapalı salona keçid etməli olub. Səhnə və konsert meydançası bir neçə saat ərzində otelin qala salonuna daşınıb.

Lüks nömrədə qalan müğənni otaq və hamamla bağlı da 21 dərəcə istilik şərtini qoyub.

Sənətçi foto çəkilişi ilə bağlı da tələblər irəli sürüb. Kameraların çəkilişinin qadağan olunduğu konsertdə Lara Fabian fotoqraflara yalnız sağ profildən foto çəkməyə icazə verib. Fotoqraflar səhnənin sadəcə sağ tərəfindən dayana bilib.

Konseryi izləyənlər içərisində rus turistlər çoxluq təşkil edib və onların bir çoxu sosial şəbəkələr vasitəsilə canlı yayım edib.


Müəllif: Leyla

Oxşar xəbərlər