Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi Ukraynada sülh planlarının gerçəkləşməsindən asılıdır.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Uelsin Nyuport şəhərində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Əgər razılaşmanın bütün maddələri həqiqətən yerinə yetiriləcəksə, sanksiyalar aradan qaldırıla bilər”, deyə Obama bildirib.
Həmçinin, Obama qeyd edib ki, bu kimi qərarların qəbul olunmasından öncə ABŞ Avropadakı tərəfdaşları ilə məsləhətləşmələr aparacaq.