Birinci xanım oğlunun antiterror qüvvələri nəzdində vuruşduğunu təsdiq edib
Ukrayna prezidentinin həyat yoldaşı Marina Poroşenko ölkənin şərqindən köçkün düşmüş ailələri və uşaqları ziyarət etdiyi zaman verilişlərin birinə müsahibə verərkən hamını təəccübləndirəcək açıqlama edib.
O, jurnalistin "oğlunuz həqiqətən də döyüş bölgəsindədir" sualına birinci təsqdiq cavabı verib.
Oğlu Alekseyin həqiqətən də Ukrayna ordusunun antiterror əməliyyatlarında iştrak etdiyini təsdiqləyən xanım Poroşenko buna başqa şərh verməkdən imtina edib. Birinci xanım onu da qeyd edib ki, hazırda oğlunun həyat yoldaşına dəstək olmağa çalışır.
Bundan əlavə nəvəsindən danışan Marina Poroşenko yeniyətmə böyüməkdə olan oğul nəvəsini çox sevdiyini, hər boş zamanında ona vaxt ayırmağa çalışdığını bildirib.
Qeyd edək ki, bu gün rəsmi Kiyev "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası" nümayəndələri ilə Ukrayna vaxtı ilə saat 17.00-dan Donetsk ərazisində atəşin dayandırılması haqqında protokolu imzalayıb. /ANS/