11 May 2019 13:41
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Kraliçası II Elizabet Bəhreyn kralı Hamad bin Əl-Xəlifəni Vindsor krallığının at yarışlarına dəvət etdiyi üçün sərt tənqid edilir.

Teleqraf.com İngiltərə mediasına istinadla xəbər verir ki, İngiltərə kraliçası at yarışlarında Əl-Xəlifə ilə bir araya gəlməsi ölkə ictimaiyyətinin də narazılığına səbəb olub.

Bəhreyn hökumətinin müxalifətə qarşı təzyiqlərinə diqqət çəkən Silah Ticarətinə Qarşı Kampaniya Platformasının nümayəndəsi Andrev Smit bu görüşü “utanmalı hadisə” adlandırıb.

İngiltərənin 2011-ci ildən bu yana Bəhreynə 100 milyon sterlinq silah satmasına diqqət çəkən Smit bəyan edib ki, İngiltərə bu ölkənin mövcud rejimiini deyil, həbsxanada olan Hasan Muşeyma kimi müxalifət liderlərini dəstəkləməlidir.

Xatırladaq ki, 2018-ci ildə İngiltərə Bəhreyndə 40 milyon sterlinq dəyərində hərbi dəniz bazası açıb.


Müəllif: Cavad

Oxşar xəbərlər