Ukrayna Prezidenti Pyotr Poroşenko BBC telekanalına müsahibə verib.
Axar.az xəbər verir ki, Poroşenko aparıcı Stiven Sakura ilə Minskdə atəşkəs haqqında razılaşma əldə olunmamışdan qabaq söhbət edib.
“Mən öz ölkəm uğrunda döyüşməyə, hətta ölməyə belə hazıram. Mən sizi əmin edirəm ki, Ukrayna əhalisinin böyük əksəriyyəti də bu cür düşünür. Mən bu dövlətin rəhbəri kimi ölkəmizdə sülhün olması, mülki vətəndaşların və hərbçilərin kütləvi öldürülməsinin qarşısının alınması üçün hər imkandan istifadə edəcəm”, - Poroşenko deyib.