11 May 2019 20:31
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husilər Yəməndə xüsusi əhəmiyyətə malik Hudeydə, Salif və Ras-İssa limanlarını tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

BMT Baş katibinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, husilərin Hudeydə, Salif və Ras-İssa limanlarını tərk etmək və hərbi güclərini buradan çıxarmağı qəbul ediblər.

Husilərin adı çəkilən limanları tərk etməsi bu gün BMT-nin nəzarəti ilə başlayacaq.

Qeyd edək ki, Hudeydə limanı Yəmənə daxil olan qida məhsullarının 90, humanitar yardımların isə 80 faizinin giriş nöqtəsi hesab olunur.

Bu mənada husilərin bu limanlardan çəkilməsi Yəmən xalqı üçün həyati əhəmiyyət daşıyır.


Müəllif: Cavad

Oxşar xəbərlər