12 May 2019 09:24
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım vətəndaşın seçkilərin niyə ləğv edildiyinə dair sualına bir cümlə ilə cavabı geniş müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki,Bİnəli Yıldırım özü qısa dialoqu sosial şəbəkələrdəki hesabından paylaşıb.

O, "seçkilər niyə ləğv edildi" sualını belə cavablayıb: "Çox sadə, çünki oğurladılar".

Qeyd edək ki, İstanbulda yeni bələdiyyə seçkiləri iyunun 23-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər