Pakistanda silahlı şəxslərin ölkənin cənubundakı Qvadar şəhərindəki beşulduzlu "Pearl Continental Hotel"ə hücumu zamanı 5 nəfər həlak olub.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ölkə ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı, otelin xidmətçisi və Hərbi Dəniz Qüvvələrinin 1 nümayəndəsi var.
Qeyd edilir ki, otelin bütün müştəriləri ərazidən təxliyyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində silahlı şəxslər zərərsizləşdirilib. Onlar 3 nəfər olublar.