13 May 2019 01:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də Litvada keçirilən prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

Teleqraf.com xəbər verir ki, təxminən 2 min seçki məntəqəsi yerli vaxtla saat 20:00-da bağlanıb. Seçkilərdə 2,4 milyondan çox seçicinin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, prezidentlik postu uğrunda 9 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, iqtisadçı Qitanas Nauseda, sabiq maliyyə naziri İnqrida Şimonite və Baş nazir Saulius Skvernelis seçkilərdə favorit hesab olunurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər