İstanbul şəhərində gəzintiyə çıxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qadınla söhbəti sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, şəhərin Taksim meydanında vətəndaşlarla görüşən Ərdoğan xatirə fotoları çəkdirib.
Gəzintiyə tramvayla davam edən prezidentin bu vaxt bir qadınla dialoqu sosial şəbəkədə gündəm olub.
Qadının “Cənab prezident, hər şey çox gözəl olacaq” sözünə Ərdoğanın cavabı belə olub:
“Daha gözəl olacaq, daha gözəl…”
Qeyd edək ki, “Hər şey çox gözəl olacaq” sosial şəbəkədə CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun şüarı kimi yayılıb.