13 May 2019 15:22
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

36 yaşlı iki uşaq anası olan amerikalı alt paltarı modeli Tara Linn “Sports Illustrated” jurnalının xüsusi bikini kolleksiyasının nümayişi üçün kamera qarşısına keçib.

Teleqraf.com xəbər verir ki, bir neçə illik fasilədən sonra jurnaldan təklif aldığını bildirən model buna görə şok yaşadığını bildirib.

“Jurnalın çəkilişi üçün seçildiyimi öyrənəndə həyəcandan beynim dayandı”, -Tara deyib.

İki il əvvəl ikinci övladını dünyaya gətirən model hamiləlik kilolarından hələlik xilas olmasa da, bunu özünə dərd etmədiyini və məşqçinin nəzarəti altında işlədiyini diqqətə çatdırıb.

Digər yandan Tara Linnin sosial şəbəkə hesabındakı “Bədənini sev” paylaşımı da marağa səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər