Ötən həftə Nyu-Yorkda baş tutan MET Qala gecəsində məşhurların libası hələ də müzakirə mövzusudur.
Teleqraf.com xəbər verir ki, gecədə ən çox müzakirələrə səbəb olan şəxs model Kim Kardaşyan olub.
Kim Kardaşyanın belinin incə olduğunu görənlər onun əməliyyat etdirib-etdirməməsi ilə maraqlanıblar. Məlum olub ki, “Thierry Mugler” imzalı libası üzərində şıq daşımaq üçün Kim Kardaşyan xüsusi korset geyinib və nəfəsalma dərslərinə gedib.
Model geyiminin astarı və əsl görüntüsünü İnstaqram səhifəsində paylaşıb. O, əlbisəsinin qüsursuz görünməsi üçün oturmasına belə imkan verməyən korset geyindiyini etiraf edib.
“Voguea” dergisi Kardaşyanın otura bilmədiyini sübut edən foto yayımlayıb.