13 May 2019 21:09
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin müşaviri Larri Kadlou jurnalistlərə verdiyi açıqlamada ABŞ-la Çin arasında güclənən ticarət savaşından hər iki ölkənin zərər görəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, diplomat Çinə qarşı atılan addımların ABŞ-dakı fermerlərin ziyanına işlədiyini deyib.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl 200 milyard dollarlıq Çin məhsullarına tətbiq olunan 10%-lik vergini 25%-ə qaldırıb. Bundan başqa, Tramp administrasiyası 300 milyard dollar dəyərində Çin məhsullarına əlavə dəyər vergisi tətbiq etməyə hazırlaşır.

Kadlou verginin qarşıdakı aylarda tədricən artırılacağını diqqətə çatdırıb.

Çin də bundan əvvəl 110 milyard dollar dəyərində ABŞ məhsuluna vergi tətbiq etmişdi. Lakin Amerikanın son həmləsinə Pekinin hansı cavab verəcəyi əsas müzakirə mövzusudur.

İki ölkə arasında ticarət görüşləri aylardır davam edir. Ötən həftə Vaşinqtonda baş tutan sonuncu görüşdə nəticə əldə edilməyib. Larri Kadlou təmasların bundan sonra da davam edəcəyini açıqlayıb.

O, eyni zamanda Donald Tramp və Çin dövlət başçısı Si Cinpinlə gələn ay Yaponiyada keçiriləcək “G-20” zirvəsi çərçivəsində görüşəcəyini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər