13 May 2019 18:00
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Miçoakan ştatının konqresi qondarma erməni soyqırımını pisləyən qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, layihənin müəllifi senator Kristina Portillo Ayaladır.

O, layihəni iqtidardakı Morena Partiyasına göndərib. Qərar qəbul edilərkən konqresdə qondarma soyqırımın “qurbanları” bir dəqiqəlik sükutla yad edilib.

İlk dəfədir ki, Meksikada qondarma soyqırımla bağlı qərar qəbul edilir.

Qeyd edək ki, Meksika Konqresi 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı tanıyıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər