13 May 2019 22:54
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina prezidentinin sarayına (Kasa Rosada) və deputatlar palatasının binasına mina qoyulması barədə polisə məlumat daxil olub.

Hazırda mütəxəssislər prezident sarayında və palata binasında partladıcı maddəni axtarmaqla məşğuldurlar. Argentina Milli Konqresinin üzvü Karloq Qaston Roma deputatların təxliyyə edildiyini bildirib.

Qeyd edək ki, bu son günlər Argentinada baş verən ilk insident deyil. Daha öncə ölkənin əsas dəmir yolu vağzalında və ictimai yerlərdə partladıcıların qoyulması barədə yalan məlumatlar daxil olmuşdu.

Bu gün səhər isə əlində silah olan bir nəfər ölkə prezidenti Maurisio Makri ilə görüşmək istədiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər