14 May 2019 11:41
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiya təhdidi ilə üz-üzə qalan Hindistan Rusiyadan alacağı “S-400” zenit-raket kompleksi əvəzinə ABŞ-ın “Patriot” raketdən müdafiə sistemini almaq üçün müzakirələrə başlayıb.

Teleqraf.com xəbər verir ki, Hindistan ötən il Rusiya ilə ABŞ-ın Yeni Dehliyə yönəlik sanksiya təhdidlərinə qarşı imzaladığı “S-400” müqaviləsindən üz döndərib.

5,4 milyard dollar dəyərində olan sazişə əsasən, Hindistana 5 ədəd “S-400” zenit-raket kompleksi göndərilməsi nəzərdə tutulurdu.

ABŞ isə Rusiya istehsalı olan havadan müdafiə sistemini satın alacağı təqdirdə Hindistanı “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (Countering America's Adversaries Through Sanctions Act - Caatsa) ilə təhdid edirdi.

Təhdidlər fonunda Hindistan geri addım ataraq, “S-400”dən imtina edib.

Hindistan rəsmiləri “Patriot” ve THAAD raketdən müdafiə sistemlərinin alışı ilə bağlı ABŞ-la ciddi razılıq əldə olunduğunu açıqlayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər