14 May 2019 11:50
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) casusluq iddiası ilə Türkiyədə həbs edilən və aprelin 29-da həbsxanada özünü asan Zəki Y.M. Həsənin cəsədi diplomatik bürokratiya səbəbindən ortada qalıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, həm Fələstin, həm də Bolqarıstan vətəndaşı olan Həsənin cənazəsini təhvil vermək üçün bu iki ölkənin konsulluğunun prosesə müdaxiləsi lazımdır.

Ancaq konsulluqlar hər hansı addım atmayıblar.

Müvafiq tibbi arayışda Həsənin özünü asdıqdan sonra vəfat etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) aprelin 19-da beynəlxalq casusluq və dövlətin məxfi sirlərini siyasi və hərbi məqsədlə yaymaq ittihamı ilə iki casusu həbs etmişdi. Bu casusların Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqələri araşdırılırdı. Zəki Y.M. Həsən bu casuslardan biri idi.


Müəllif: Cavad

Oxşar xəbərlər