“Avengers” seriyasından olan filmlərin mənfi qəhrəmanı Tanosun hədəfi qida ehtiyatının məhdud olduğu dünyada əhalinin yarısını yox etməkdir. Baxış rekordları qıran seriyanın son filmi “Avengers: Endgame”nin qəhrəmanları Tanosun sehrli, onu ölümsüz edən əlcəyi ilə kütləvi ölümlərin qarşısını almaqdır.
Bəs yaşadığımız 8 milyardlıq dünya əhalisinin yarısı yox olsaydı nə baş verər?
Teleqraf.com xəbər verir ki, BBC bu sualla mütəxəssislərə müraciət edib.
Professor Şaron Devittə görə, bu yolla insanların ömürlərini uzatmaq mümkündür.
“XIV əsrdə Asiya və Avropa qitələrində yaşayan əhalinin 30-60 faizi vəba və digər yoluxucu xəstəliklərə görə həlak oldu. Həmin dönəmdə ölən insanların sümüklərini və skeletlərini araşdırdıqdan sonra məlum oldu ki, böyük vəba müvəqqəti də olsa, insanların ömürlərini uzatmağa kömək edib. Vəbada 200 il sonra insanlar uzunömürl idi.
Vəba səbəbindən çoxlu sayda insan öldü və bu sağ qalanlar üçün iqtisadi fürsərtlər qazandırdı. İnsanların iş gücü və satın alma qabiliyyəti artdı”.
Vaşinqton Universitetibnin professor Zaxari Feynşteyn isə əksini düşünür:
“Dünya əhalisinin yarısının həlak olması vəziyyətində evə ehtiyacı olan insanların sayı yarıyadək enəcək, tələb azalacaq və evlərin qiymətləri hiss ediləcək dərəcədə ucuzlaşacaq. Bu, yaxşı xəbər kimi görünsə də, bu çox az insanın xeyrinə olacaq və iqtisadiyyatda durğunluq yaşanacaq”.