Sudanda hökumət qüvvələri ilə etizçılar arasında baş vermiş qarşıdurmada biri zabit olmaqla 5 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Xartum daxil olmaqla, ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları yenidən şiddətlənib.
Etirazçılar paytaxtdakı Prezident Sarayını mühasirəyə alıb, şəhərin magistral yolları və prospektlərində nəqliyyatın hərəkəti iflic olub.
İqtidardakı Hərbi Keçid Şurası açıqlama yayaraq, nümayiş iştirakçılarının silahlandığını və xaosa son qoyulması üçün müxaliflərlə dialoqun davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Sudanda kütləvi nümayişlər keçən il dekabrın 19-da ölkədə yanacaq və ərzaq məhsullarının bahalaşmasına etiraz olaraq başlayıb.
Nəticədə 30 il hakimiyyətdə olmuş Prezident Ömər əl-Bəşir istefa verib. Hazırda həbs olan Əl-Bəşiri Hərbi Keçid Şurası əvəz edib.