14 May 2019 23:28
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun görüşü başlanıb.

Teleqraf.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, görüş “Boçarov Ruçey” iqamətgahında keçirilir. Görüşdə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin Maykl Pompeonu qəbul etməsindən əvvəl Soçidə ABŞ dövlət katibinin Rusiyanın xarici işlər naziri ilə görüşü olub. Görüşün yekunlarına əsasən Sergey Lavrov və Maykl Pompeo birgə mətbuat konfransı keçiriblər.


Müəllif: Teleqraf.com