15 May 2019 08:44
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraqSuriyada həyəcan səviyyəsini artırıb.

Bu barədə Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

"Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik", — deyə idarənin məlumatında bildirilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər