15 May 2019 10:54
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artur valideynlərinin icazəsi olmadan Nihat Hatipoğlunun proqramına qatılaraq, İslam dinini qəbul edib”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan deyib.

Deputat buna görə Türkiyə Telviziya və Radio Ali Şurasına və Baş Prokurorluğa şikayət məktubu göndərəcəyini bildirib.

Karo Paylan baş verənlərə görə ilahiyyatçı Nihat Hatipoğlunu ittiham edib:

“Arturun anası ilə görüşdüm və televiziya proqramına onun icazəsi olmadan qatıldığını dedi. Sabah aidyyəti qurumlara şikayət məktubu göndərəcəyəm”.

Karo Paylan Arturun etnik kökəninin hallandırılmasına da etiraz edib.

Türkiyənin məşhur ilahiyyatçısı Nihat Hatiboğlunun İstanbulun Sultan Əhməd meydanından yayımlanan iftar proqramında 13 yaşlı erməni əsilli Artur adlı uşaq müsəlmanlığı qəbul edib.

Xristian olan Artur səhnəyə çıxaraq Kəlmeyi-şəhadət gətirib. Nihat Hatiboğlu uşağın valideynlərindən razılıq aldığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər