15 May 2019 11:09
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 3 nəfər tatar oxu ilə vurularaq öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Bavariya əyalətinin Passau şəhərində baş verib.

Şəhərin pansionatlarından birində 30-33 yaşlarında iki qadın və 53 yaşında bir kişinin tatar oxu ilə öldürüldüyü müəyyən edilib.

Polis bildirib ki, qadınlar göbəklərindən vurulub. Prokurorluq qeyd edib ki, iki qadının cəsədi eyni otaqda, kişinin cəsədi ilə başqa bir yerdə tapılıb.

Öldürülən kişinin Vittenhen şəhərindəki evində axtarış aparılıb və buradan daha 2 cəsəd tapılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər