“Rusiya bizim üçün problemdir, amma qorxmuruq, gürcüləri qorxutmaq elə də asan deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Polşada səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Dövlət başçısı Rusiyanın 2008-ci ildə Gürcüstan ərazilərini işğal etdiyini bildirib:
“Rusiya problemdir, amma biz qorxmuruq, çünki qorxuya diqqət etsək biz hər şeyi unudacağıq və biz yalnız bunu düşünəcəyik. Bu səhv yoldur.
Bu gün Rusiya Gürcüstanın ərazisini işğal edib, lakin bir gün gələcək və biz bu bölgələrə dönəcəyik, ən əsası isə işğal edilmiş torpaqlarda yaşayan xalqlarla birləşəcəyik”.