“Türkiyə hava yolları Krıma birbaşa uçuşlar həyata keçirməyəcək”.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüş zamanı söyləyib.
Görüşdə, həmçinin, Türkiyə Respublikası prezidentinin iki ölkə arasında əməkdaşlığın strateji xarakterini qeyd edərək Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi deyilir. Bundan başqa, iki ölkə arasında münasibətlərin inkişafı üçün Türkiyə və Ukrayna dövlət başçılarının yaxın zamanda strateji əməkdaşlıq komissiyasının iclasının keçirəcəyi barədə danışıqlar aparacağı da bildirilir.