15 May 2019 16:36
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində B.T. adlı şəxs dostunun azyaşlı qızına cinsi təcavüz ittihamı ilə həbs olunub.

Teleqraf.com xəbər verir ki, məhkəməyə çıxarılan şəxsə 23 il azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Məhkəmədə ifadə verən zərərçəkən, 15 yaşlı qız B.T-nin onu təhdid etdiyini bildirib:

“Bu adam anamı, atamı öldürməklə qorxudurdu, sənə etdiyimi bacına da edərəm deyirdi.

7-ci sinifdə oxuyarkən məni zorladı, bədənimə toxundu. Bir dəfə anam və atam evdə yox idi, məni divara dirəyib boynumdan öpdü, daha sonra deyə bilməyəcəyim şeylər etdi. Bir dəfə məktəbdən evə gələndə mesaj göndərdi ki, “Bir dəfə mənimlə olarsan?” Başıma gətirdiyi şeyləri danışmamağım üçün məni qorxudurdu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər