Türkiyə Qəzza hücumundan öncə İsrailə 1500 ton reaktiv yanacaq satıb.
Axar.az xəbər verir ki, Türkiyə Enerji İdarəetmə qurumu dünya ölkələrinə satdıqları yanacağın miqdarını açıqlayıb. Açıqlanan məlumatda Türkiyənin iyunda İsrailə 1500 ton reaktiv yanacaq satdığı məlum olub.
Türkiyənin İsrailə yanacaq satması ictimaiyyət arasında kəskin səs-küyə səbəb olsa da, bu iki ölkə arasında yanacaq ticarətini dayandırmayıb.
Türkiyənin Enerji və Təbii qaynaqlar naziri ötən ay mediaya açıqalmasında İsrailə yanacaq satmadıqlarını deyib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına son hücumu zamanı 1916 nəfər həlak olub.