16 May 2019 21:30
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının (ŞKTR) məhkəməsi Türkiyə prezidentini təhqir etməkdə ittiham olunan iki jurnalistin işi üzrə qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, Lefkoşa şəhərində mənzillənən "Afrika" qəzetinin direktoru Şener Levent və qəzetin yazarı Osman Tabakın işi üzrə məhkəmə altı aydır ki, davam edirdi.

Söhbət 2017-ci ilin dekabr ayında dərc edilmiş karikaturadan gedir. "Afrika" qəzetindəki həmin kollajda qədim yunan heykəli Ərdoğanın üstünə sidik ifraz edir.

Hakimin qərarına görə, bu kollaj bir xarici hökumət başçısına həqarət təşkil etmir. O, kollajın satira və metafor janrında dərc edildiyi qənaətinə gəlib.

Media mənsubları Türkiyə ilə ŞKTR arasındaki əlaqələri pozmaq cəhdi ilə xarici ölkə başçısı barədə təhqiredici məlumatlar yaymaqda ittiham edilirdi.

Hakim bu itithamlara yetərli dəlil olmadığını bildirib.

Türkiyədə ictimiyyətinə bu məhkəmə işi "Karikatura çəkişməsı" tanışdır.

Şener Levent və Osman Tabak xarici ölkə başçısını təhqir etməklə bağlı maddə üzrə məhkəməyə cəlb olunan ilk jurnalistlərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər