ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
"Mən qərara gəldim ki, onun [Türkiyənin] iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə - benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.
Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır.