Rusiya S-400 zenit-raket komplekslərinin tədarükünü həyata keçirməyə hazır olduğu zaman biz onları qəbul edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Helsinkidə bildirib:
“Rusiyanın onları bizə çatdırmaq üçün hazır olacağı istənilən anda biz onları qəbul edəcəyik”.
M.Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Finlandiya paytaxtında səfərdədir.