Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyətə dair müzakirələr aparıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı spiker jurnalistlərə bildirib.
“İdlib məsələsinə dair söhbət zamanı bu şəhərdən Rusiya hərbi bazasının atəşə tutulması ilə bağlı narahatlıq bildirdim. Bunlar bizi narahat edir, biz cavab verməyə bilmərik”, - deyən spikerin sözlərinə görə, prezident Ərdoğan da İdlibdə atəşkəsin təmin olunmadığından narahatlığını ifadə edib.
“Bu söhbətdən sonra iki ölkənin müdafiə nazirlikləri təmas quraraq məsələni həll etmək üçün birgə tədbirlər görürlər”, - Rusiya Federasiya Şurasının sədri əlavə edib.